XƏBƏRLƏR / Kriminal

Zəngilanda yanğın törədən şəxs müəyyən edilib

DİN xəbər verir

Zəngilanda yanğın törədən şəxs müəyyən edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 10-da Zəngilan ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

    Hadisə nəticəsində 5 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

    Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

    Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.