"Zərif nüanslar": Neslihan Tezcan
Neslihan Tezcana həsr olunmuş bu veriliş 2001-ci ildə ANS TV-də yayımlanıb
Biz insanıq, genlərimizə, dədə-babalarımıza bağlıyıq. Amma burda da bir əmma var. Bəzən elə olur, bir cəmiyyət, mənsub olduğu torpaqlarda yaşayanda, arxayaınlıqdan bir çox milli ənənələrin daışıyıcısı olduğunun fərqinə varmadan yaşayır. Bu torpaqları bəzi səbəblərdən tərk edən soydaşlarımız onu itirməkdən qorxur. Zərif Nüansın bu dəfəki qəhrəmanının ulu babaları Qafqazdan köçənlərdir. Yarı çərkəz, yarı türk olan Neslihan Tezcan bəlkə də bu dədələrindən miras qalan vətən borcunu sonuncu zərrəsinədək dərk edir, yaşadır.