Zərif Nüanslar – Zeynəb Xanlarova

Bu veriliş ANS televiziyasında 2001-ci ildə çəkilib və yayımlanıb.

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Zeynəb Yəhya qızı Xanlarova Azərbaycan müğənnisi, ictimai xadim, SSRİ xalq artisti, Azərbaycan SSR xalq artisti, Ermənistan SSR xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, "Heydər Əliyev" ordeni laureatıdır.
    Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur[1]. O, 1956-cı ildə M. Ə. Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikomunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib.
    O, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın əksər ölkələrində konsertlər verib və bir çox dillərdə mahnılar ifa edib.