XƏBƏRLƏR / Hərbi

Zakir Həsənov "Leonardo"nun məhsulları ilə tanış olub

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Zakir Həsənov "Leonardo"nun məhsulları ilə tanış olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti "Dubai Airshow 2023" beynəlxalq sərgisində nümayiş etdirilən İtaliya Respublikasının "Leonardo" şirkətinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

    Şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.