Zığ dairəsi - Hava Limanı yolunda sürət həddi endirilib
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bütün məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.