1-ci Qarabağ savaşında itkin düşən 3 şəhid dəfn ediləcək
İtkin düşən hərbçilərin qalıqları fevralın 7-də dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşən daha üç hərbçinin kimliyi eyniləşdirilib.
Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında deyilir.
Məlumata görə, itkin düşən hərbçilərin qalıqları fevralın 7-də dəfn olunacaq.