XƏBƏRLƏR / Yaddaş

1-ci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası xəbər verir

1-ci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq.

    Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib.


    Mülki şəxs Cümşüd Həsənxan oğlu Məmmədov Laçın şəhərindəki Şəhidlər xiyabanında, hərbçilər - Sərdar Cəfər oğlu İsmayılov Neftçala rayonunun Astanlı kənd qəbiristanlığında Şəhidlər cərgəsində, Vaqif Mənsim oğlu Məhərrəmov Neftçala şəhərindəki Şəhidlər xiyabanında, Mürşüd Nadir oğlu Nərimanov İmişli rayonundakı Məzrəli kənd qəbiristanlığında, Akif Cəbrayıl oğlu Qurbanov Binəqədi rayonunun Sulutəpə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.