Paşinyan Qarabağ danışıqları haqda sənədləri açdı-tökdü
Ermənistanın Baş naziri, söz verdiyi kimi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sənədləri açıqladı
Nikol Paşinyan Köçəryan-Sarkisyan klanını ifşa etmək üçün Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sənədlər ATƏT-in Minsk Qrupunun rəsmi ləğv edilməsindən sonra dərc etməyə söz vermişdi.
Bu gün Ermənistan hökumətinin saytında sənədlərin dərc edilməsinə start verilib. Hələ ki, 13 sənəd dərc edilib
Sənədlər belə müqəddimə başlıqla verilib:
"Aşağıda 2020-ci ilə qədər davam edən danışıqlar prosesinin məzmunu haqqında təsəvvür yaradan Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlət idarələrində mövcud olan bir sıra sənədlər dərc olunub. Birinci qrup sənədlərlə birbaşa əlaqəli olan bir sıra ictimaiyyətə açıq sənədlər də yerləşdirilib".
Ermənistan hökumətinin saytına Azərbaycan İP ünvanlarından girişinə qadağa hələ aradan qaldırılmayıb. Buna görə də sayta VPN vasitəsilə daxil olub sənədləri oxuya bilərsiniz. Sənədlər olduğu kimi rus, erməni və ingilis dillərində faksimile şəklində dərc edilib.
Nümunə kimi Serjik Sarkisyanın 5 avqust 2016-cı ildə Vladimir Putinə yazdığı məktubu təqdim edirik:





1 dəqiqə