Əliyevdən 2-ci Dünya müharibəsi veteranlarına maddi yardım
Prezidentin mətbuat xidməti xəbər verir

İlham Əliyev İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın verilməsi haqqında sərəncam imzalayıb.
Müharibə veteranlarına 2500 manat məbləğində yardım göstəriləcək.
Müharibə iştirakçılarının dul arvadları, xüsusi təyinatlıların şəxsi heyəti, Leninqradın müdafiəsinə görə təltif edilmiş şəxslər, habelə Leninqrad blokadası iştirakçıları - 1250 manat.