XƏBƏRLƏR / Yaddaş

Prezident və Birinci xanım Həzi Aslanovun memorialında FOTO

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Prezident və Birinci xanım Həzi Aslanovun memorialında FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür.

    Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər.

    Dövlət başçısı və birinci xanım Həzi Aslanovun abidəsinin önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.