"İtkin düşmüş 500 nəfərin qalıqları tapılıb"
1-ci Qarabağ müharibəsində itkin düşmüşlər haqda məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev bildirib
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 500 nəfərin qalıqları tapılıb — Akif Quliyev
"Bu il Qarabağda təxminən 50 insan skelet qalığı aşkar edilərək ailələrinə qaytarılıb.
Ümumilikdə, təxminən 4000 itkin düşmüş şəxsimiz var. Onlardan təxminən 500-ü müəyyən edilərək laboratoriyaya göndərilib.
Bu il əsasən şahid ifadələrinə əsaslanaraq Kəlbəcər, Ağdərə, Xocavənd, Qubadlı, Zəngilan, Ağdam və digər bölgələrdə tədqiqat apardıq. Tədqiqat zamanı skelet qalıqları ilə yanaşı, tam skeletlər də aşkar edilib.
Bundan əlavə, Tərtər, Beyləqan və Gəncə qəbiristanlıqlarında, eləcə də Bakıdakı Şəhidlər Xiyabanındakı məzarlarda naməlum qəbirlər qazılıb və qalıqlar DNT analizi üçün toplanıb. DNT testi müsbət çıxdıqdan sonra "qalıqlar ailələrinə təhvil verilib", - deyə Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev bildirib.
1 dəqiqə