XƏBƏRLƏR / Qayıdış

1-ci Qarabağ savaşında itkin düşmüş əsgərlə Xırdalanda vida

Şəhid Rövşən Əliyev Xırdalandakı qəbiristanlıqda torpağa tapşırılacaq

1-ci Qarabağ savaşında itkin düşmüş əsgərlə Xırdalanda vida
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birinci Qarabağ müharibəsində itkin düşmüş Rövşən Əliyevlə Xırdalanda vida mərasimi keçirilir.

    Rövşən Əliyev naməlum şəhid kimi Tərtərdəki Şəhidlər Xiyabanında dəfn edilib.

    Şəhidin cənazəsi yenidən Xırdalandakı qəbiristanlıqda torpağa tapşırılacaq.

    Rövşən Məcid oğlu Əliyev 1973-cü il martın 20-də Xırdalan şəhərində anadan olub. O, 1992-ci il noyabrın 11-də Laçın rayonunun Təzəkənd kəndində itkin düşüb.