Şərqi Zəngəzur İqtisadi Rayonunda xidmətin 1 ili
Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatı
Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətin yaranmasından 1 il ötür.
Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti 21 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılıb.
Xidmətin əsas fəaliyyəti işğaldan azad edilmiş Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək, bu ərazilərdə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatı idarə etmək, abadlaşdırma və yaşıllaşdırma işlərini təşkil etməkdən ibarətdir.
Həmçinin, Xidmət işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və ən qabaqcıl layihələrin həyata keçirilməsində gənc kadrların təcrübə proqramlarına cəlb edilməsinə dəstək məqsədilə müxtəlif tədris ocaqları ilə memorandumlar imzalayıb.
Böyük Qayıdış dövlət proqramına əsasən işğaldan azad edilmiş ərazilərə yeni həyat verilməsində ən qabaqcıl mütəxəssislərin cəlb edilməsi və ən innovativ layihələrin həyata keçirilməsi Xidmətin əsas prioritetidir.