XƏBƏRLƏR / Qayıdış

Azad olunan ərazilərdə silah-sursat tapıldı

DİN-in məlumatı

Azad olunan ərazilərdə silah-sursat tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polis əməkdaşları 13-19 iyul tarixlərində işğaldan azad olunan ərazilərdə pulemyot, avtomat və qumbaralar aşkarlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, həyata keçirilən tədbirlərlə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 25 avtomat silahı, 6 tüfəng, 17 qumbara, 11 alışdırıcı, 39 patron darağı, 1965 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər sursatlar, Şuşa şəhəri ərazisindən 1 tapança, 2 patron darağı, 16 ədəd patron, Kəlbəcər rayonu ərazisindən isə 1 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 200 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.