100 saat sonra dağıntıdan sağ çıxdı VİDEO
Bu barədə Türkiyə kanalları məlumat yayıb
Türkiyənin Kahramanmaraş şəhərində uçan binanın dağıntıları altından daha bir nəfər xilas edilib. Xilasetmə işçilərinin gərgin əməyi nəticəsində 100 saat sonra dağıntı altından bir qadın sağ çıxarılıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti normal qiymətləndirilir.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 17 674 nəfər həyatını itirib, 72 879 nəfər isə yaralanıb.