XƏBƏRLƏR / Təbiət

Qazaxıstanda güclü zəlzələ baş verib

Zəlzələnin episentri Almatıdan 31 kilometr aralıda olub

Qazaxıstanda güclü zəlzələ baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan mətbuatı Almatıda güclü zəlzələ baş verdiyini yazır. Almatıdan 31 km məsafədə 6,1 bal gücündə zəlzələ baş verib.

    Zəlzələ 15-30 saniyə davam edib. Bir çox binalarda sirenlər işə düşüb. Güclü yeraltı təkanlar nəticəsində Türküstan bölgəsində körpü uçub.

    Şəhərdə sirenalar səslənir, vətəndaşlar küçələrə axışır.

    "Qazaxıstan Respublikasının seysmik stansiyalar şəbəkəsi martın 4-də Almatı vaxtı ilə saat 11:22:05-də zəlzələ qeydə alıb", - Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

    Almatıda yeraltı təkanların gücü 5 bal olub.

    ***

    Qırğızıstanın şimalında da 5,4 bal gücündə zəlzələ baş verib.