XƏBƏRLƏR / Təbiət

İranda ardıcıl üç zəlzələ oldu

Məşraqe şəhərində Rixter cədvəli üzrə 4,1, 4,4 və 4,9 bal gücündə ardıcıl zəlzələlər qeydə alınıb

İranda ardıcıl üç zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranda ardıcıl üç zəlzələ qeydə alınıb. 

    Xarici KİV xəbər verir ki, bu gün Xuzistan əyalətində ardıcıl üç dəfə zəlzələ baş verib. 

    Məlumata görə, sözügedən əyalətin Məşraqe şəhərində Rixter cədvəli üzrə 4,1, 4,4 və 4,9 bal gücündə ardıcıl zəlzələlər qeydə alınıb. 

    Tehran Universitetinin Geofizika İnstitutunun Milli Syesmoloji Mərkəzi bildirib ki, zəlzələlər 12:15 radələrində və ardıcıl olaraq 8, 19 və 31 kilometr dərinliklərdə olub.