Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında, Ermənistanın Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ baş verib.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar saat 20:40-da qeydə alınıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub.