XƏBƏRLƏR / Təbiət

Türkiyədə üç qayıq batdı

“TRT Haber” məlumat yayıb

Türkiyədə üç qayıq batdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Kastamonu şəhərində fırtına nəticəsində Cide Mərkəzi Limanı ərazisində 2, İlyasbəy Balıqçılıq Sığınacağında bir olmaqla cəmi 3 qayıq batıb.

    “TRT Haber” xəbər verir ki, noyabrın 19-dan başlanan güclü külək və fırtına şəhərdə bəzi yerlərə ciddi ziyan vurub.

    Bildirilir ki, Türkiyə Fəlakətlərə Müdaxilə Planına (TAMP) daxil olan bütün dövlət qurumları hər hansı neqativ hallara cavab vermək üçün hazır vəziyyətə gətirilib.