Gürcüstanda 4,7 balllıq zəlzələ olub
Yerli vaxtla saat 08:00-da baş vermiş zəlzələnin episentri paytaxt Tbilisi yaxınlığında qeydə alınıb
Gürcüstanda 4,7 maqnitudalı zəlzələ baş verib.
Məlumatı Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi yayıb.
Yerli vaxtla saat 08:00-da baş vermiş zəlzələnin episentri paytaxt Tbilisinin 4 kilometrliyində qeydə alınıb.
Zəlzələnin ocağı 27 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.