Los-Ancelesdə meşə yanğınlarının arealı genişlənib

Bayden İtaliyaya səfərini də ləğv edib VİDEO / YENİLƏNİB

  • Oxuma müddəti:

    2 dəqiqə

  • 10:41

    ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kaliforniyadakı yanğınlarda ABŞ Prezidenti Co Baydeni günahlandırıb.

    “Yanğın hidrantlarında su yoxdur, Federal Fövqəladə Halların İdarə Olunması Agentliyində (FEMA) isə pul yoxdur. Görün Co Bayden mənə nə miras qoyub gedir. Çox sağ ol, Co!” – deyə Tramp "Truth Social" şəbəkəsində yazıb.

    ***

    10:21

    Los-Ancelesdəki meşə yanğınlarının arealı daha da genişlənməsi ilə əlaqədar rəsmilər 100 min nəfərin təxliyəsinə göstəriş verib.

    "Reuters"in xəbərinə görə, təkcə “Hollywood” ətrafında 20 hektara yaxın meşə ərazisi tamamilə məhv olub.

    Los-Ancelesin qərbində bu göstərici ümumilikdə 6406 hektara çatıb, mindən çox tikili məhv olub, o cümlədən bir çox məşhurun villası yanğınlardan zərər görüb.

    Yanğınlar nəticəsində 5 nəfər ölüb, 1 milyon şəxs isə elektriksiz qalıb.

    Los-Ancelesin Yağından Mühafizə Xidmətinin rəhbərti Antoni Marrone deyib ki, hadisə ilə əlaqədar Los-Anceles və ətraf ərazilərdəki məktəblərdə tədris qeyri-müəyyən müddətə dayandırılıb.

    Qeyd edək ki, “Oskar” mükafatının keçiriləcəyi məkan da bu ərazidə yerləşdiyindən mərasim təxirə salınıb.

    ***

    08:22

    ABŞ Prezidenti Cozef Bayden tüğyan edən kütləvi yanğınlar səbəbindən Kaliforniya ştatında böyük fəlakət rejimi elan edilməsi ilə bağlı bəyannamə imzalayıb.

    Bu barədə Ağ Evin saytında məlumat verilib.

    Zərərçəkmişlər müvəqqəti mənzil və ev təmiri üçün qrantlar, sığortasız əmlaka dəyən zərərin ödənilməsi üçün kreditlər və digər proqramlar şəklində yardım ala biləcəklər.

    Eyni zamanda Bayden Kaliforniyada azı 5 nəfərin ölümünə səbəb olan meşə yanğınları səbəbindən İtaliyaya səfərini ləğv etmək qərarına gəlib.