XƏBƏRLƏR / Təbiət

Xəzər dənizində 3,9 maqnitudalı zəlzələ baş verib

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib

Xəzər dənizində 3,9 maqnitudalı zəlzələ baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xəzər dənizində zəlzələ baş verib.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

    Bildirilib ki, yerli vaxtla saat 06:30-da qeydə alınan zəlzələnin maqnitudası 3,9 olub.

    Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.