İstanbula sel gəldi: ölənlər və yaralananlar var VİDEO
Ölənlərdən biri xarici vətəndaşdır
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində şiddətli yağış yağıb.
İstanbul rəsmiləri Başakşehir və Küçükçekmece bölgələrində yağan leysan nəticəsində 2 nəfərin həyatını itirdiyini açıqlayıb.
Daxili işlər naziri Əli Yerlikaya ölənlərdən birinin xarici vətəndaş olduğunu bildirib.
Nazir sel zamanı 5 nəfərin yaralandığını vurğulayıb.
Bildirilir ki, sel nəticəsində şəhərin bir çox hissəsində binaların zirzəmilərini su basıb, çay kənarında qurulan gecəqondular dağılıb.