XƏBƏRLƏR / Təbiət

Əlcəzairin qərbində daşqınlar 8 nəfərin həyatına son qoyub

Bu barədə ölkənin Mülki Müdafiə Agentliyi bildirib

Əlcəzairin qərbində daşqınlar 8 nəfərin həyatına son qoyub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əlcəzairin qərbində dağıdıcı daşqınlar nəticəsində 8 nəfər həlak olub.

    Bu barədə ölkənin Mülki Müdafiə Agentliyi bildirib.

    Qeyd edilib ki, baş verən sel Tlemson əyalətində bir avtomobili aparıb, nəticədə 4 nəfərin həyatına son qoyub.

    Əl Bayad əyalətində iki qadın və bir kişi də mindikləri avtomobilin su altında qalması nəticəsində həyatını itirib. Daha sonra həmin əyalətdə daha bir nəfərin meyiti tapılıb.