XƏBƏRLƏR / Təbiət

Cənubi Afrika Respublikasına qar yağıb

İnsanlar heyrətlə 11 il sonra yağan qardan həzz almağa çalışıblar

Cənubi Afrika Respublikasına qar yağıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cənubi Afrika Respublikasına Antarktidadan gələn soyuq hava kütlələrinin daxil olması səbəbindən qar yağıb. Məlumata görə, qar təkcə yüksək dağlıq ərazilərə deyil, əyalətin bir çox şəhər və qəsəbələrinə də yağıb, yollar buz bağlayıb. Sürücülərə son dərəcə diqqətli olmaları barədə xəbərdarlıq edilib. Mütəxəssislər qarın yağmasını son vaxtlar dünyada baş verən iqlim dəyişiklikləri ilə əlaqələndiriblər.

    İnsanlar isə heyrətlə 11 il sonra yağan qardan həzz almağa çalışıblar.