Çilidə meşə yanğınları qurbanlarının sayı 112-yə çatır
Ölkədə iki günlük matəm elan edilib
Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb.
Bu barədə Çilinin Tibbi Ekspertiza Xidməti məlumat yayıb.
Bundan əvvəl Çili Prezidenti Qabriel Boriç 64 nəfərin öldüyünü bildirmişdi. O etiraf edib ki, faciə qurbanlarının sayı artacaq. Ölkədə iki günlük matəm elan edilib.
Fevralın 2-də Prezident yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bundan əlavə, yanğınsöndürənlərin sərbəst hərəkətini təmin etmək üçün rayon ərazisində saat 08:00-dan 12:00-dək komendant saatı tətbiq olunub. Səlahiyyətlilərin məlumatına görə, alov 40 min hektardan çox ərazini əhatə edib.