XƏBƏRLƏR / Təbiət

Serbiyada fövqəladə vəziyyət elan olunub

İndiyədək 60-dək insan təxliyə olunub

Serbiyada fövqəladə vəziyyət elan olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Serbiyada şiddətli leysan yağışlarından sonra baş verən sel və daşqınlar səbəbindən 42 şəhər və rayonda fövqəladə vəziyyət elan edilib.

    Ötən gündən bəri davam edən güclü leysan yağışları nəticəsində ölkə üzrə sel və daşqınlar baş verib. Yüzlərlə ev və iş yeri su altında qalıb, çox sayda kiçik çay məcrasından çıxıb, bəzi körpülər zədələnib, onlarla avtomobil yolu bağlanıb. Xilasetmə qrupları müvafiq bölgələrə cəlb edilib, indiyədək 60-dək insan təxliyə olunub.

    Beş şəhərdə və 23 rayonda bütövlükdə, eləcə də 12 rayon və 2 şəhərin müəyyən hissələrində fövqəladə vəziyyət elan edilib.

    Şiddətli yağışların davam edəcəyi barədə xəbərdarlıq olunub.

    Nihad Budaqov