
Mayın 25-də Günəşdə X sinifinə aid güclü alışma qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
“Mayın 25-də Bakı vaxtı ilə saat 05:52-də 4098 (S05W22) Günəş ləkələri qrupunda rentgen diapazonunda 17 dəqiqə davam edən X1.1 alışması qeydə alınıb”, - institutdan bildirilib.

Alimlər Günəşin üstündə gördükləri naməlum obyektin – nəhəng “quşun” fotosunu paylaşıblar. Görüntü Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında dərc olunub. Şəkil mayın 24-də Moskva vaxtı ilə saat 14:00-da çəkilib. Şəkildə quşa bənzəyən ağ ləkə aydın görünür, onun arxasında “odlu cığır” gedir. Alimlərin məlumatına görə, obyektin ölçüsü təqribən 150 min km-dir ki, bu da "Yerin ölçüsündən 10 dəfə çox" deməkdir. Alimlərin fikrincə, “quş” Günəşdən 2 milyon km məsafədə yerləşir
Günəş alışmaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur.
Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər.