XƏBƏRLƏR / Təbiət

Gürcüstan-Ermənistan sərhədində zəlzələ olub

Bu barədə ölkənin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb

Gürcüstan-Ermənistan sərhədində zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstan-Ermənistan sərhədi yaxınlığında zəlzələ baş verib.

    Bu barədə ölkənin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 10:11-də qeydə alınıb.

    Zəlzələnin episentri Gürcüstan-Ermənistan sərhədindən təxminən 3 kilometr məsafədə yerləşib.

    Seysmik hadisənin maqnitudası 3.5 təşkil edib.