Qusarın Laza kəndində yenidən palçıq və lil axını
Palçıq axını kəndin yollarına və təsərrüfata ziyan vurmayıb
Sentyabrın 3-ü səhər saatlarından etibarən Qusar rayonunun Laza kəndi ərazisində dağlıq ərazidən kəndə doğru yenidən palçıq və lil axını müşahidə olunub.
Qusar rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov bildirib ki, palçıq axını kəndin yollarına və təsərrüfata ziyan vurmayıb.
“İndi Laza kəndindən qayıdıram. Əraziyə baxış keçirdik. Bu dəfə palçıq axını az müşahidə olunub. Artıq azalıb. Kənddə heç bir fəsada yol açmayıb”, - deyə Ş.Fərəməzov söyləyib.

Laza kəndində analoji təbiət hadisələri ötən ilin iyun və oktyabr aylarında da müşahidə olunub. Həmin vaxt palçıq axını kəndin yollarına və təsərrüfata ciddi ziyan vurmuşdu.
1 dəqiqədən az