XƏBƏRLƏR / Təbiət

Güclü zəlzələnin olma ehtimalı yoxdur

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib

Güclü zəlzələnin olma ehtimalı yoxdur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Daha güclü zəlzələnin olma ehtimalı yoxdur”.

    Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

    Onun sözlərinə görə, afterşoklar davam edəcək. Qurban Yetirmişli yenidən zəlzələnin baş verəcəyi barədə xəbərlərin şayiə olduğunu söyləyib. 

    Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.