XƏBƏRLƏR / Təbiət

Sabah geomaqnit qasırğası gözlənilir

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu xəbər verib

Sabah geomaqnit qasırğası gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Günəşdə ötən günlərdə baş vermiş güclü partlayışlar cümə günü Yerə təsir etməyə başlayacaq. Bu, uzunmüddətli geomaqnit qasırğasına səbəb ola bilər.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun "Telegram" kanalında məlumat verilib.

    Qeyd edilir ki, Yer orbitinə yaxın günəş küləyinin sürəti hazırda təqribən 400 km/s təşkil edir, cümə-şənbə gününə qədər isə 600-700 km/s-ə qədər artacaq.