XƏBƏRLƏR / Təbiət

Lənkəran və Astaranın kəndlərində təxliyə işləri aparılır

Bölgədə küləklə müşahidə olunan yağış yağır, elektrik enerjisinin verilişi dayanıb

Lənkəran və Astaranın kəndlərində təxliyə işləri aparılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cənub bölgəsində hökm sürən qeyri-sabit hava şəraitilə bağlı təxliyə işləri görülür.

    Prosesə Lənkəran və Astara rayonunun iki kəndindən start verilib.

    Hazırda Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri Lənkəran rayonunun Narbağı və Astara rayonunun Maşxan kəndində təxliyə işləri aparır.

    Bölgədə küləklə müşahidə olunan yağış yağır, elektrik enerjisinin verilişi dayanıb.