XƏBƏRLƏR / Təbiət

Türkiyədə dəhşətli zəlzələ FOTO

Son məlumata görə, ölənlərin sayı 80 nəfərə yaxındır

Türkiyədə dəhşətli zəlzələ FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb, çoxlu sayda insan həlak olub və yaralanıb.

    İlkin məlumata görə, Türkiyədə zəlzələ nəticəsində 80-ə yaxln insan ölüb. Ölü sayının artacağı istisna edilmir. Hazırda zəlzələ bölgəsində axtarış-xilasetmə işləri aparılır.

    ***

    Türkiyənin Kahramanmaraş bölgəsində güclü zəlzələ baş verib. 7.4 bal gücündə qeydə alınan zəlzələ nəticəsində çoxlu sayda bina dağılıb.

    Zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb. Zəlzələ Türkiyənin bir neçə vilayətində, o cümlədən İsrail, Suriya, İraq və Livanda da hiss edilib.

    Şanlıurfa bölgəsində 16 binanın çökdüyü, dağıntılar altında vətəndaşların qaldığı bildirilib. Bu şəhərdə zəlzələ nəticəsində azı 10 nəfərin öldüyü qeyd olunub.

    Osmaniyə şəhərində isə 34 bina dağılıb, 5 nəfər həlak olub. Axtarış tədbirləri davam edir.

    Adana valisi 11 mərtəbəli binanın uçması nəticəsində ölən və yaralananların olduğunu açıqlayıb. Çukurovada isə 3 bina tamamilə dağılıb.