Amasiyada zəlzələ oldu
Bu barədə Kandilli rəsədxanasının "Twitter" səhifəsində məlumat verilib
Türkiyənin Amasiya vilayətində yenidən zəlzələ qeydə alınıb. Bu barədə Kandilli rəsədxanasının "Twitter" səhifəsində məlumat verilib.
Bildirilib ki, vilayətin Göynücek rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.