Türkiyənin Elazığ əyalətində 4,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri əyalətin Sivrice rayonunda, ocağı isə 11,11 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.