XƏBƏRLƏR / Təbiət

Azərbaycanda zəlzələ olub

Bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib

Azərbaycanda zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şəki stansiyasından 6 km Şərqdə, Şəki-Oğuz sərhəddində 4 maqnitudalı zəlzələ olub.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan xəbər verilib.

    Bildirilib ki, yerli vaxtla 08:31-də qeydə alınan yeraltı təkan 17km dərinlikdə baş verib.

    Zəlzələ episentrdə 4 bala qədər hiss edilib.