XƏBƏRLƏR / Təbiət

Səfirlik tələbənin həlak olması xəbərini təkzib etdi

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva bildirib

Səfirlik tələbənin həlak olması xəbərini təkzib etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ zamanı dağıntılar altında qalan 4 tələbədən biri - Şahin Vəliyevin həlak olması barədə xəbər yayılıb. Xəbəri onun müəllimi sosial şəbəkə hesabında ictimailəşdirib. Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva bildirib ki, iddialar əsassızdır, tələbənin həlak olması xəbəri öz təsdiqini tapmayıb. "Malatyada 4 tələbədən biri olan Şahin Vəliyevin cansız bədəninin çıxarılması xəbəri doğru deyil. Əsassız iddialara inanmaq olmaz. Dövlət qurumları ilə əlaqə saxlamışıq, bununla bağlı bizə hər hansı təsdiq verilməyib",- deyə səfirlik rəsmisi vurğulayıb.

    Qeyd edək ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıb. Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir.