XƏBƏRLƏR / Təbiət

Pakistanda 100 mindən çox insan təxliyə edildi

Bu barədə Pəncab Xilasetmə Birliyinin sözçüsü Diba Şahnaz "Anadolu" agentliyinə bildirib

Pakistanda 100 mindən çox insan təxliyə edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hindistanın bəndlərdən daha çox su boşaltması və leysan yağışlar səbəbi ilə Pakistana qədər uzanan Sutlej çayında suyun səviyyəsinin qalxması ilə əlaqədar bölgədən 100 mindən çox insan təxliyə edilib.

    Bu barədə Pəncab Xilasetmə Birliyinin sözçüsü Diba Şahnaz "Anadolu" agentliyinə bildirib.

    Qeyd edilib ki, bu ilin iyul ayının 9-dan bəri Kasur, Pakpattan, Vehari, Bahavalnagar, Lodhran, Multan və Bahavalpurun şimal bölgələrindən 100 mindən çox insan təxliyə edilib.

    Məlumata görə, həmin tarixdən bəri baş verən daşqınlar nəticəsində 17 nəfər ölüb, 36 nəfər yaralanıb.

    Pəncab əyalətinin baş naziri Seyid Muhsin Rza Nəkvi daşqınları “son 35 ilin ən dəhşətlisi” adlandırıb.