XƏBƏRLƏR / Təbiət

Rusiyada güclü zəlzələ oldu

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb

Rusiyada güclü zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fevralın 17-də Rusiyanın şərqində 5 bal gücündə zəlzələ olub. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların gücü Rixter şkalası üzrə 5 bal səviyyəsində qiymətləndirilib. Zəlzələ Kuril adaları ərazisində baş verib.

    Zəlzənin episentri Matua adasından 35 kilometr şimal-qərbdə yerləşib, ocağı isə 166 kilometr dərinlikdə olub.