Zəlzələ Türkiyənin iki vilayətində 550 binaya ziyan vurub
Bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Murat Kurum bildirib
Oktyabrın 16-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölkənin Malatya və Elazığ vilayətlərində ümumilikdə 555 bina ziyan görüb.
Bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Murat Kurum bildirib.
O qeyd edib ki, Elazığda 20 binaya dəymiş ziyan ağır, 517 binaya dəymiş ziyan isə yüngül qiymətləndirilir.
Həmçinin Malatyada 18 binaya yüngün ziyan dəyib.
Qeyd edək ki, dünən Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub. Təbii fəlakət nəticəsində 200-ə yaxın insan xəsarət alıb.