XƏBƏRLƏR / Təbiət

Filippində güclü zəlzələ baş verib: ölən və yaralananlar var

YENİLƏNİB

Filippində güclü zəlzələ baş verib: ölən və yaralananlar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 15:08

    Filippinin cənub hissəsində 7,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb.

    Bu barədə BBC məlumat yayıb.

    Bildirilib ki, General-Santos şəhərində bir neçə bina çöküb, əsas infrastruktur zədələnib, azı bir sahilyanı kənddə sunami nəticəsində dağıntılar qeydə alınıb.

    Zəlzələ nəticəsində 200-dən çox insan yaralanıb.

    ***

    13:11

    Filippinin Mülki Müdafiə İdarəsinin sözçüsü Juni Castillo bildirib ki, Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində 19 nəfər ölüb, 130-dan çox insan yaralanıb və yeddi nəfər itkin düşüb.