XƏBƏRLƏR / Təbiət

Qaya uçqununa görə bağlanan Quba-Qonaqkənd yolu açılıb

10-dan artıq kənd ilə əlaqə kəsilmişdi

Qaya uçqununa görə bağlanan Quba-Qonaqkənd yolu açılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:13

    Quba-Qonaqkənd yolunun hərəkət hissəsi qaya parçalarından təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub.

    Aprelin 19-u səhər saatlarında Quba-Qonaqkənd avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsində yolun hərəkət hissəsinə qaya parçaları düşüb.

    İri qaya parçası "Təngə dərəsi" adlanan turizm ərazisindən keçən yeganə yolu tamamilə bağlayıb. Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

    Əraziyə Quba rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayonda fəaliyyət göstərən qurumlarının texnikaları cəlb olunub.

    Qaya parçaları xüsusi texnikalar vasitəsilə kiçik hissələrə bölünərək ərazidən kənarlaşdırılıb. Yolda avtomobillərin maneəsiz hərəkəti qismən təmin edilib. Hazırda yolun təmizlənməsi davam etdirilir.

    ***

    09:59

    Aprelin 19-u səhər saatlarında Qubada "Təngə dərəsi" adlanan turizm ərazisində yolun hərəkət hissəsinə qaya parçası düşüb.

    İri qaya parçası ərazidən keçən yeganə yolu tamamilə bağlayıb. Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

    Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayonda fəaliyyət göstərən qurumlarının texnikaları cəlb olunub . Qaya parçasının ərazidən kənarlaşdırılması üçün işlər görülür.

    Quba rayon Fövqəladə Hallar Komissiyası zəruri tədbirlərin görülməsi üçün hadisə yerindədir.