XƏBƏRLƏR / Təbiət

Gürcüstanda meşə yanğını başlayıb, helikopterlər cəlb olunub

Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib

Gürcüstanda meşə yanğını başlayıb, helikopterlər cəlb olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın İmereti bölgəsində Xani kəndi yaxınlığında qarışıq meşə yamacında yanğın başlayıb.

    Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib.

    Yanğının söndürülməsinə 200-ə yaxın yanğınsöndürən, xüsusi texnika və avadanlıqlar cəlb olunub. Əməliyyatda Dövlət Sərhəd Polisinin 3 helikopetri də iştirak edir.

    Xidmətin məlumatına əsasən, ərazidə operativ qərargah yaradılıb və yanğının yaşayış məntəqələrinə yayılma təhlükəsi yoxdur.