Türkiyədəki güclü zəlzələdə 200 nəfər yaralanıb YENİLƏNİR
Bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib FOTO
16:34
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 200 nəfər yaralanıb.
Bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində eyni zamanda iki bina ziyan görüb.
Zəlzələ ilə əlaqədar ölkənin Malatya, Elazığ, Şanlıurfa, Batman ve Adıyaman vilayətlərində tədris prosesi bir günlük dayandırılıb.
***
12:57
Ali Yerlikaya: Zəlzələdə can və mal itkisi yoxdur.
Malatyanın Kale rayonunda baş verən 5,9 bal gücündə zəlzələdə 112 Təcili Zəng Mərkəzinə 374 bildiriş gəlib. Bu bildirişlərin 341-i məlumat, 33-ü isə yardım çağırışlarıdır. Malatyada 1, Şanlıurfada 1, Elazığda 1 olmaqla cəmi 3 binada qismən çökmə baş verib.
***
12:44
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 10.46-da Malatyanın Kale rayonunda 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ yerin təxminən 10,07 kilometr dərinliyində baş verib.
Zəlzələ Diyarbakır, Elazığ, Kahramanmaraş, Tokat, Ərzincan, Tunceli və Adıyamanda da hiss olunub. Malatya şəhər mərkəzində zəlzələni hiss edən vətəndaşlar çölə çıxıblar.
Malatyada baş verən zəlzələ ilə əlaqədar tədbir olaraq təhsil bir gün müddətinə dayandırılıb.
***
12:19
Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Malatya vilayətində qeydə alınıb.
Təbii fəlakət ətraf ərazilərdə də hiss edilib.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ barədə "X" hesabındakı paylaşımında bildirib ki, aidiyyəti qurumlar AFAD-la birgə ərazi araşdırmalarına başlayıb.