Qaradağ rayonu ərazisində vulkan püskürüb
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib YENİLƏNİB
13:41
26 sentyabr 2026-cı il tarixində Qaradağ və Qobustan rayonlarının sərhədində yerləşən palçıq vulkanında püskürmə qeydə alınıb. Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.
Mərkəzdən bildirilib ki, püskürmə yerli vaxtla saat 07:32-də, bir faza ilə xarakterizə olunub və 10 dəqiqə davam edib. Püskürmə zamanı alov sütunu müşahidə olunub. Baş vermiş proses 8 seysmik stansiyada qeydə alınıb.
Püskürmə ocağının dərinliyi 4 km təşkil edib. Püskürmə zamanı ayrılan enerjinin miqdarı 6,50 × 10^6 coul olaraq qiymətləndirilib.
***
08:16
Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Məlumata əsasən, təbiət hadisəsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.

1 dəqiqədən az