İranda 4,9 bal gücündə zəlzələ olub
Bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi xəbər verib
İranın cənubunda 4,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Şiraz şəhərindən 216 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 25 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.