XƏBƏRLƏR / Təbiət

Azərbaycan ordusu kömək üçün Türkiyəyə gedir

Bu barədə “TGRT Haber” məlumat yayıb

Azərbaycan ordusu kömək üçün Türkiyəyə gedir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan ordusu kömək üçün Türkiyəyə yola düşür. “TGRT Haber”in məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə Türkiyəyə kömək məqsədilə zəlzələ bölgəsinə hərəkət edəcəyi bildirilir.

    Qeyd edək ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, 7 bölgədə 76 nəfər həlak olub, daha 440 nəfər isə yaralanıb. Bununla yanaşı, Malatyada 140 binanın uçduğu bildirilir. 

    Rəsmi Ankara beynəlxalq yardım üçün çağırış edib.