Azərbaycanda 5,1 bal gücündə zəlzələ olub YENİLƏNİB
Yeraltı təkan bir neçə bölgədə hiss olunub
16:10
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
***
15:27
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub.
Yeraltı təkan bir neçə rayonda hiss edilib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:13-də Qəbələ rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 - 3 bala qədər hiss olunub.
Qəbələ stansiyasından 11 km cənub-qərbdə qeydə alınan təbii fəlakət 42 kilometr dərinlikdə olub.
Təbiət hadisəsi Ucar, Kürdəmir, Göyçay, Ağdaş, Yevlax, Sabirabad eləcə də Şəki, Qəbələ, İsmayıllı, Oğuz və s. bölgələrimizdə güclü (4-5 bal) hiss edilib.
1 dəqiqədən az