XƏBƏRLƏR / Təbiət

Çində güclü zəlzələ: 111 ölü, 236 yaralı var

Ölənlərin sayının artacağı istisna edilmir

Çində güclü zəlzələ: 111 ölü, 236 yaralı var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin şimal-qərbindəki Qansu və Sinxay əyalətlərində güclü zəlzələ baş verib.

    Çinin dövlət televiziyası zəlzələ nəticəsində ölənlərin olduğunu bildirib.

    Zəlzələ nəticəsində azı 111 nəfər ölüb, 236 nəfər yaralanıb.

    Təkcə Qansuda 86 nəfər ölüb, 96 nəfər yaralanıb, Qansudan qərbdə yerləşən Sinxay əyalətində isə 11 nəfər həyatını itirib, 140 nəfər yaralanıb.

    Ölənlərin sayının artacağı istisna edilmir.

    Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.